Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:28

MDB məkanında 5-ci...


Səs: Real audio
26 noyabr aksiyasında itkin düşdüyü bildirilən beş nəfərdən ikisinin yeri məlum olub Bu gün Azərbaycanda 950 minə qədər plastik kart istifadəçisi var. "Visa International"ın təmsilçisi Svetlana Georbelidzenin sözlərinə görə, kart istifadəçilərinin sayına görə Azərbaycan MDB məkanında 5-ci yerdədir



Amma bankomatlarda – pul aparatlarında manat və ya dolların olmaması, ya da ümumiyyətlə, pulun olmaması kimi hallar Bakının mərkəzində adi haldır. Bu üzdən bəzən pul olan bankomatların qabağında uzun növbələr olur.



"Turan" informasiya agentliyinin eksperti Anar Xanbəyli deyir ki, plastik kartla maaş alan vətəndaşlar o kartlarla alış-veriş edə bilmədiklərindən pulun hamısını hesabdan çıxarmağa üstünlük verir. Bu üzdən Anar Xanbəyli prezidentin noyabrın 22-də imzaladığı ödəniş sistemlərinin təkmilləşdirilməsi haqqında sərəncamını müsbət qarşılayır.



Həmin sərəncamda hökumətə tapşırılır ki, yanvarın 1-dən büdcə təşkilatlarında çalışanların maaşlarının plastik kartlarla verilməsi üçün tədbirlər görülsün, plastik kartlarla alış-veriş üçün lazım olan qurğuların - pos-terminallar şəbəkəsinin yaradılması üçün 1 ay müddətində təkliflər hazırlansın və s.



Milli Bankdan Kamran Nəzərli deyir ki, bütün qurumlar, o cümlədən Milli Bank təkliflər üzərində işləyir. Amma bu gün konkret nəsə demək çətindir, çünki bu həm texniki, həm də nəzəri cəhətdən dəqiq araşdırmalar tələb edən prosesdir.



Ekpert Anar Xanbəylinin fikrincə isə, büdcə təşkilatlarında çalışanların maaşının plastik kartlarla verilməsi məsələsini yanvarın 1-dək həll etmək olar. Amma plastik kartlar vasitəsilə alış-veriş etmək üçün lazım olan geniş şəbəkənin qurulması vaxt apara bilər.



Bu gün Azərbaycanda 950 minə qədər plastik kart istifadəçisi var. Onların da 550 minə qədəri pensiyaçılardır. Sərəncam həyata keçirilsə, büdcə təşkilatlarında çalışan 1 milyondan çox adam da onların sıralarına qoşulacaq. Amma post-terminallar şəbəkəsi qurulmasa, bankomatlarla bağlı problemlər ikiqat artacaq. Maaşını plastik kartla alan vətəndaş onu nağdlaşdırmaq üçün bütün şəhəri gəzməli olacaq. Çünki o, hər hansı bir bankın müştərisinə çevriləcəcək və qaydalara görə, əlavə faiz itirməmək üçün ancaq həmin bankın bankomatından pul çıxarmalı olacaq.



Üstəlik, büdcə təşkilatlarında çalışanların heç də hamısı Bakıda yaşamır, bölgələrdə yaşayanlar da var. Orda isə heç bankomatlar şəbəkəsi yaxşı qurulmayıb. Məsələn, dağ kəndində çalışan sağıcı və ya müəllim maaşını almaq üçün ən azı rayon mərkəzinə gəlməli olacaq. Özü də gələndə də maaşının hamısını götürə bilmir, çünki bankomat 10 min manatdan kiçik pulu vermir. Yeni ildən yeni manata keçəndə isə, qəpik verməyəcək.
XS
SM
MD
LG