Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:59

Saloğlu ərazisinin hərbi sursatdan təmizlənməsi layihəsi imzalandı<p align=`left`><br><br>


Səs: Real audio
Laiyhə 16 aya 6 milyon kvadratmentr ərazinin təmizlənməsini nəzərdə tutur Noyabrın 18-də Bakıda NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsun iştirakı ilə Ağstafa rayonundakı Saloğlu ərazisinin hərbi sursatdan təmizlənməsi layihəsi imzalandı. Cənab Simmons mərasimdə bildirdi ki, NATO-nun keçmiş SSRİ və Varşava müqaviləsi ölkələrində iş aparması çox vacibdir: «Burda keçirilən görüşlər alyansın praktiki yardım göstərməsinin nümunəsidir».



Baş nazirin müavini Abid Şərifov isə dedi ki, keçmiş SSRİ-nin ən böyük sursat anbarlarından olan Saloğlu ərazisində 140-dan artıq yeraltı saxlanc var: «Bu anbarlarda çoxsaylı partlamamış sursat qalmaqdadır. Laiyhə 16 aya 6 milyon kvadratmentr ərazinin təmizlənməsini nəzərdə tutur».



Layihənin dəyəri 1 milyon avrodan artıqdır.



Türkiyənin Azərbaycandakı səfiri Tural Moralı isə təmizlənəcək ərazdə uşaq parkının salınmasını təklif etdi.



Saloğlu kəndi Ağstafa rayonunda yerləşir. 1991-ci ildə kəndin yaxınlığındakı sursat anbarında yanğın nəticəsində partlayış olub. Partlayış 40 milyon metrdən artıq ərazini çirkləndirib.



Ərazilərin Minalardan Təmizlənməsi Agentliyindən (ANAMA) verilən məlumata görə, indiyədək sözügedən ərazidə 148 partlayış baş verib, 80 nəfər yaralanıb, 31 nəfərsə dünyasını dəyişib.



Həmin ərazidə sonuncu partlayış bu il oktyabrın 21-də baş verib. Nəticədə 3 nəfər həlak olub, 20 nəfərsə yaralanıb.



Noyabrın 18-də həmçinin Robert Simmons prezident İlham Əliyevin qəbulunda olub.



Görüşdə hər iki tərəf Azərbaycan – NATO əməkdaşlığı və bunun qarşıdakı illərdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.
XS
SM
MD
LG