Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:53

Hacı Məmmədovun dəstəsi bir daha gündəmə gəldi


Səs: Real audio
«Seçkilə bağlı sorğunun etibarlı nəticələr əldə etməsində vicdanlı iştirak mühüm əhəmiyyət kəsb edir» ATƏT mətbuat azadlığı barədə hesabatında Elmar Hüseynovun qətlinin insan oğurluğu ilə məşğul olan Hacı Məmmədovun dəstəsi ilə əlaqədə olması versiyasını xatırladır. Sənəddə bildirilir ki, həmin banda Elmar Hüseynovun ölümündən üç gün sonra türkiyəli polis ekspertlərinin köməyi ilə həbs edilib.



Məsələ ilə bağlı sorğumuzu DİN–dən cavablandırarkən bu işlə MTN–nin məşğul olduğunu bildirib dəqiq cavab almaq üçün onlara müraciət etməyimizi məsləhət gördülər.



MTN-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arif Babayev isə bizimlə söhbətində dedi ki, Elmar Hüseynovun qətlinin istintaqı ilə ilkin mərhələdə DİN və Respublika Prokurorluğu məşğul olub. Ona görə türk ekspertlərinin bu məsələ ilə bağlı nə etdiklərini də həmin strukturlar deyə bilərlər.



«O ki, qaldı DİN–in keçmiş idarə rəisi Hacı Məmmədovun dəstəsinin müəyyən olunub zərərsizləşdirilməsinə, bu heç kimin yox, məhz MTN–in işidir. Dövlət başçısının tapşırığı ilə MTN bu əməliyyatı hazırlayıb və həyata keçirib».



Elmar Hüseynovun qətlinin törədilməsində şübhəli bilinən şəxslərin fotoşəkillərinin olmaması barədə fikirlərə gəlincə, İnterpolun Azərbaycan bürosunun rəis müavini Şövqü Hacıyev bunu təkzib edir. O deyir ki, «həmin şəxslərin şəkilləri var, onlar lazımi instansiyalara çatdırılıb. Cənab Hacıyevin sözlərinə görə, "həmin şəkilləri əldə etmək heç də problem deyil. Məktubla müraciət olunsa, biz də, MTN də həmin şaxslərin şəkillərini verə bilərik".



Şövqü Hacıyev deyir ki, hazırda Elmar Hüseynovun qətlində şübhəli bilinən şəxslərin beynəlxalq axtarışı davam etdirilir. Bu barədə İnterpolun Azərbaycan bürosunun rəisi Mədət Quliyev QUAM-ın Bakıda keçirilən iclasında da açıqlama verib.
XS
SM
MD
LG