Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:53

Elmar Hüseynovun qətliylə Hacı Məmmədovun həbsi arasında bağlılıq ola bilərmi?


Səs: Real audio
“Amerikalılar Qara dəniz ətrafında fəallaşırlar” Azərbaycan mətbuatının yazdığına görə, Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı Respublika Prokurorluğuna çağırılıb və ondan ölkəsinin təhlükəsizlik idarəsinin rəis müavini Ramazan Ərin «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qatilinin tapılması, bu cinayəti keçmiş polis əməkdaşı Hacı Məmmədovun dəstəsinin törətməsiylə bağlı açıqlamasını təkzib etməsi istənilib. Amma bu məlumatın nə dərəcədə dəqiq olduğunu aydınlaşdırmaq mümkün olmadı. Respublika Prokurorluğunun mətbuat xidmətiylə əlaqə saxlasaq da, hər hansı cavab ala bilmədik. Elmar Hüseynovun qətlini araşdıran istintaq qrupunun üzvü Eldar Məcidov isə deyir ki, Türkiyə səfirinin Respublika Prokurorluğuna çağırılıb-çağırılmamasından xəbəri yoxdur. Türkiyənin Azərbaycandakı səfirliyindən isə bildirdilər ki, bununla bağlı hər hansı açıqlama verməyəcəklər, sorğumuzu Respublika Prokurorluğuna ünvanlamalıyıq.

Keçmiş polis əməliyyatçısı İsaxan Aşurov deyir ki, çox güman ki, Azərbaycan və Türkiyə hüquq-mühafizə orqanları arasında bir anlaşılmazlıq yaranıb. Onun fikrincə, Azərbaycan istintaqçılarına kömək etməyə gəlmiş türkiyəli əməliyyatçıların bir neçə gün ərzində Elmar Hüseynovun qatilini tapmasına və hətta bu cinayəti Hacı Məmmədovun törətdiyini aşkarlamasına inanmır. Onun sözlərinə görə, bu mümkün deyil, çünki türkiyəli mütəxəssislər Azərbaycandakı əməliyyat şəraitini bilmirdilər, Elmar Hüseynovun yazılarıyla tanış deyildilər, onun ünsiyyətdə olduğu insanları tanımırdılar və s. Bununla belə İsaxan Aşurov hesab edir ki, Elmar Hüseynovun ölüm işiylə bağlı Türkiyədən səslənən açıqlamalara çox ciddi yanaşmaq lazımdır, cinayət-prosessual qanunvericiliyə görə, işlə bağlı yeni məlumat açıqlamış şəxs kimi Ramazan Ər istintaqa dəvət edilməli və nəyin əsasında belə bir fikir söylədiyi aydınlaşırılmalıdır.

Elmar Hüseynovun qətlini araşdıran müstəqil təhqiqat qrupunun üzvü, «Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu isə deyir ki, Elmar Hüseynovu Hacı Məmmədovun dəstəsinin qətlə yetirməsi haqqında Türkiyədən səslənən açıqlamaları diqqətlə analiz ediblər və ortaya bəzi yeni versiyalar çıxıb. Müstəqil Təhqiqat Qrupunun üzvü bildirir ki, indiyəcən onlar Hacı Məmmədovun dəstəsiylə Elmar Hüseynovun qətli arasında heç bir bağlılığın olmaması qənaətindəydilər. Onlar hətta ehtimal edirdiər ki, Hacı Məmmədovla bağlı iş ona görə açılıb ki, ictimaiyyətin diqqəti jurnalistin ölümündən yayındırılsın. Amma indi, Şahbaz Xuduoğlunun sözlərinə görə, bu iki iş arasında bağlılığın olmasını versiyalardan biri kimi istisna etmirlər. O deyir ki, Hacı Məmmədovun törətdiyi bildirilən adam oğurluğu, qətl hadisələrində onun şəxsi marağının olduğu aşkarlanıb. Amma əgər Elmar Hüseynovu da Hacı Məmmədovun qətlə yetirildiyi məlum olsa, bunun ictimaiyyətə açıqlanması kimlərəsə sərf etməyə bilər, çünki bu dərhal bəzi suallar yaradacaq. Şahbaz Xuduoğluya görə sual belə olacaq ki, əgər Hacı Məmmədla Elmar Hüseynovun heç bir şəxsi-qərəzliyi yox idisə, yüksək rütbəli polis işçisi jurnalisti niyə öldürməliydi. Müstəqil Təhqiqat Qrupunun üzvü deyir ki, onda jürnalistin sifariş əsasında öldürüldüyü aydınlaşacaq. «Bəlkə elə sifar məsələsi bu iki iş arasında bağlılığı açıqlamağa imkan vermir?»

Rəsmi istintaq orqanından isə bildirirlər ki, Elmar Hüseynovu Hacı Məmmədovun dəstəsinin öldürməsi versiyası versiyalardan biri kimi nəzərdən keçirilə bilər, amma hələ ki bu işlər arasında hər hansı bağlılıq ortaya çıxmayıb.
XS
SM
MD
LG