Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:46

Müxalifətçilər səfirlərlə görüşüblər


Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus
Martın 12-də «Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatının təmsilçiləri Avropa Birliyinə üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüblər.

Görüşdə iştirak edən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus «Azadlıq» radiosuna deyib ki, səfirlərlə referendum qabağı vəziyyəti müzakirə ediblər.

Onun sözlərinə görə, görüşdə səfirlərin nəzərinə çatdırılıb ki, referendum qabağı sərbəst toplaşmaq azadlığına imkan verilmir. Söz azadlığına basqılar davam edir və ölkədə fəaliyyət göstərən siyasi qüvvələrə bərabər mübarizə imkanları yaradılmayıb.

L.Yunus həmçinin deyib ki, onlar səfirlərə referendumu boykot qərarlarının səbəblərini açıqlayıblar.

Görüşə «Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatında təmsil olunan partiyaların rəhbərləri Əli Kərimli, İsa Qəmbər, Sərdar Cəlaloğlu, İqbal Ağazadə, Əvəz Temirxan və Əli Əliyev qatılıb.
XS
SM
MD
LG