Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:41

Mehriban Əliyeva amnistiya təklif edir


Mehriban Əliyeva bundan əvvəl 2007-ci ildə də «Amnistiya Aktı haqqında» qanun layihəsi təqdim edib
Mehriban Əliyeva bundan əvvəl 2007-ci ildə də «Amnistiya Aktı haqqında» qanun layihəsi təqdim edib
Martın 10-da Milli Məclisin deputatı Mehriban Əliyeva «Amnistiya Aktı haqqında» qanun layihəsini parlamentə təqdim edib. Bu barədə «Azadlıq» radiosuna Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Onun sözlərinə görə, Milli Məclis qanun layihəsini martın 13-17-də keçiriləcək iclasında müzakirə edəcək.

Sənəd yüngül cəzalı, cəzasının bir hissəni çəkən, şərti cəza alan, cərimə ilə cəzalandırılan və digər kateqoriyalı şəxslərin cəzadan azad olunmasını nəzərdə tutur.

Bundan əvvəl parlament Mehriban Əliyevanın 2007-ci ilin mayında təqdim etdiyi «Amnistiya Aktı haqqında» qanun layihəsini qəbul edib. Onun tərəfindən irəli sürülmüş həmin qanunverici təşəbbüs 9 minə yaxın insanı əhatə edib, onlardan 1500 nəfəri azad olunub.

Lakin o zamankı Amnistiya Aktı, hüquq müdafiəçilərinin qiymətləndirmələrinə görə, ölkədə siyasi məhbus problemini həll etməyib.

Müsavat deputat qrupundan olan Pənah Hüseyn isə «Azadlıq» radiosuna deyib ki, fevralın 26-da parlamentin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasında onun təqdim etdiyi «Amnistiya Aktı haqqında» qanun layihəsinin müzakirəsi keçirilib. Müzakirələr zamanı ötən dəfə ki qanun layihəsindən qısa müddət keçdiyi üçün yeni amnistiyaya ehtiyac olmadığı bildirilib və onun sənədi geri qaytarılıb.
XS
SM
MD
LG