Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:54

Ermənistanda mənzil problemi necə həll olunur?


Ermənistan hökuməti söz verib ki, mənzil problemi 2013-cü ilədək həll olunacaq
Ermənistan hökuməti söz verib ki, mənzil problemi 2013-cü ilədək həll olunacaq
Ermənistanda 1988-ci ilin dağıdıcı zəlzələsindən 20 ildən çox ötməsinə baxmayaraq, bu gün 7 minə yaxın ailə hələ də evsiz-eşiksizdir. Məsələn, rəsmi rəqəmlərə görə, tək respublikanın ikinci şəhərində - Gümrünün Şirak vilayətində 4 mindən artıq ailənin evi yoxdur.

«20 ildir evsiz-eşiksizəm, yaşadığımız vaqon artıq sıradan çıxıb. Uşağımın o vaxtı 3 yaşı vardı, indi 23 yaşlı gəncdir, evlənib, artıq nəvəm də var. Ancaq hələ də bu cür pis vəziyyətdə yaşayıram. Nə vaxt mənzil verəcəklərini bilmirəm».

Ermənistanda ikinci qrup evsizlər isə qaçqınlar, əsasən Azərbaycandan gələnlərdir. Hökumət onların problemini 2 yolla həll etməyə çalışır: Birinci, mənzil almaq üçün şəhadətnamə verir, ikinci isə mənzil tikir
Son illər fəlakət zonasında yaşayan evsiz ailələr üçün mənzillə təmin olunmağın yeganə yolu şəhadətnamələrdir. 2005-ci ildən mənzil alınması üçün Ermənistanda xüsusi sənədlərin verilməsi üçün dövlət proqramı həyata keçirilir. Bu şəhadətnamələr mənzil alan zaman kadastr qiymətinə uyğun olaraq verilir. Şəhadətnamə 6 ay ərzində reallaşdırılmalıdır, əks təqdirdə sonradan öz qüvvəsini itirəcək. Bir məsələ də var ki, satıcı mənzil şəhadətnaməsi ilə əldə etdiyi mənzili ilk 2 il ərzində nə satmağa, nə də bir başqasına hədiyyə etməyə ixtiyarı yoxdur.

Ermənistanın Şəhərsalma Nazirliyinin məlumatına görə, 2005-2008-ci illərdə fəlakət zonasında 1500-dən artıq mənzil şəhadətnaməsi paylanıb. Bunlardan 700-ü tək Gümrünün payına düşüb.

Mənzil şəhadətnamələrinin səmərəliliyi 70-80 faiz qiymətləndirilir. Çünki sənəd almış 100 ailənin yalnız 70-80-i növbəti altı ay ərzində mənzil ala bilirlər. Ala bilməyənlərin isə sənədi qüvvədən düşür. Yenidən dövlət proqramından yararlanmaq üçün onlar daha 2 il gözləməlidirlər.
Bu il də Gümrüdə mənzillərin 1 kv/m-nin qiyməti artıb. İndi 1 kv/m təxminən 332 (121000 dram) dollaradır.

Ancaq mənzil növbələrində dayanan Gürmü sakinləri əmin deyillər ki, şəhadətnamədə göstərilən məbləğlə onlar sonradan mənzil ala biləcəklər:
«Mən zəlzələdə 4 otaqlı mənzilimi itirdim, indi 1 otaqlıya da razıyam. Mənim uşaqlarım Rusiyada işləyirlər. İstəyirik şəhadətnamə alıb, üstünü düzəldib mənzil alaq ki, uşaqlarım da ailələri ilə evlərinə qayıda bilsin».

2009-cu ildə şəhadətnamələrin verilməsi proqramına dövlət büdcəsindən 1 milyard 450 milyon dram, təxminən 4 milyon dollara yaxın pul ayrılıb. Bu 220 adamın mənzillə təmin olunması deməkdir. Ancaq Şirak vilayəti artıq 900 ərizə alıb ki, bu da 2009-cu il üçün nəzərdə tutulduğundan 4 dəfə çoxdur.
Ermənistanda ikinci qrup evsizlər isə qaçqınlar, əsasən Azərbaycandan gələnlərdir. Hökumət onların problemini 2 yolla həll etməyə çalışır: Birinci, mənzil almaq üçün şəhadətnamə verir, ikinci isə mənzil tikir.

Ermənistanın Miqrasiya Agentliyinin rəsmisi Ara Arutyunyan deyir ki, qaçqınların əksəriyyəti dövlətin ayırdığı mehmanxana, yataqxana, sanatoriya, pansionat, məktəb, zavodlarda yerləşdiriliblər. Agentlik 2003-cü ildə inzibati binalarda və ya vaqonlarda yaşayan qaçqınların qeydiyyatını aparıb. Bu cür şəraitdə yaşayan ailələr 3-dən artıqdır. Onların 1100-ü Yerevanda yaşayır.

Ermənistanın 9 vilayətində yaşayan qaçqınlara ilk dəfə olaraq 2005-ci ildə dövlət büdcəsindən mənzil şəhadətnamələrinin verilməsi üçün vəsait ayrılıb.
«Şəhadətnamə almış ailələrin 70 faizi mənzil ala biliblər. Təxminən 3500 evsizin 1500-ü evsiz qalmaqdadır. Demək ki, 2005-ci ildən bu yana 2 mindən artıq adam mənzil ala bilib».

1500 evsiz qaçqının əksəriyyəti paytaxt Yerevanda yaşayır. Cari ildən hökumət qaçqınların mənzil problemini onlara mənzil tikməklə həll etməyə başlamağı planlaşdırır.

Həm fəlakət zonasında yaşayanlar, həm də qaçqınlar 20 ildir ki, öz şəxsi mənzillərinin arzusundadırlar. Ermənistanın 2009-cu ilin dövlət büdcəsində evsizlərin probleminin həlli üçün 4.4 milyard dram, yəni 12 milyon dollardan çox vəsait nəzərdə tutulub.
İlin sonuna kimi neçə ailə mənzil sahibi olacağını demək çətindir. Ancaq hökumət söz verib ki, mənzil problemi 2013-cü ilədək həll olunacaq.
XS
SM
MD
LG