Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:45

Qırğızıstan Manasın taleyini müzakirə etməyə hazırdır


Bakiyev əvvəllər Vaşinqtonu aviabaza ilə müqaviləyə yenidən baxmaq çağırışlarına məhəl qoymamaqda ittiham edirdi
Bakiyev əvvəllər Vaşinqtonu aviabaza ilə müqaviləyə yenidən baxmaq çağırışlarına məhəl qoymamaqda ittiham edirdi
Qırğızıstan Amerika ilə Manas aviabazasının taleyini müzakirə etməyə hazırdır. Bu barədə Qırğızıstan prezidenti Kurmanbəy Bakiyev deyib. Aviabaza növbəti 6 ay ərzində bağlanmalıdır.

Ölkənin parlamenti ötən ay onun bağlanmasına səs verib.

Amerika üçün bu baza Əfqanıstandakı əməliyyatlar üçün mühüm əhəmiyyət kəsb edir. Bazada mindən çox amerikalı hərbçi, eləcə də hərbi təyyarələr var.

Ancaq prezident Kurmanbəy Bakiyev deyib ki, danışıqlar üçün qapılar bağlanmayıb və hökumət Amerikanın Əfqanıstanda vəziyyəti sabitləşdirməklə bağlı istənilən təklifinə hazırdır.

Bakiyev əvvəllər Vaşinqtonu onların aviabaza ilə müqaviləyə yenidən baxmaq çağırışlarına məhəl qoymamaqda ittiham edirdi.
XS
SM
MD
LG