Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:55

Qənimət Zahid həbsdəki jurnalistlərin əfv ediləcəyinə inanmır


«Onun ümidi ancaq siyasi məhbuslarla bağlı xüsusi məruzəçinin təyinatın olunmasına qalıb»
«Onun ümidi ancaq siyasi məhbuslarla bağlı xüsusi məruzəçinin təyinatın olunmasına qalıb»
«Azadlıq»: «Qənimət Zahid Novruz bayramında həbsdəki jurnalistlərin əfv ediləcəyinə inanmır».

«Azadlıq»qəzetinin baş redaktoru Qənimət Zahid qarşıdan gələn Novruz bayramı münasibətilə həbsdə olan jurnalistlərin əfv ediləcəyinə inanmır. Baş redaktor bunu saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsində həyat yoldaşı Ayəndə Mürsəliyeva ilə görüşündə deyib.

A.Mürsəliyevanın sözlərinə görə, bu səbəbdən Q.Zahidin əfvlə bağlı heç bir gözləntisi yoxdur: «Deyir ki, ötən illərin təcrübəsi onu belə düşünməyə məcbur edir. Çünki bu illər ərzində hər əlamətdar tarix ərəfəsində siyasi məhbusların, eləcə də həbsdəki jurnalistlərin azadlığa buraxılması məsələsi gündəmə gəlir. Amma sonra məlum olur ki, bunlar söz-söhbətdən başqa bir şey deyil. Deyir, ki, hökumət bir növ bu yolla manevr imkanı qazanır və beynəlxalq təşkilatlar da bəzən buna arxayın olub gözləmə mövqeyində olurlar. Onun ümidi ancaq siyasi məhbuslarla bağlı xüsusi məruzəçinin təyinatın olunmasına qalıb».

«Yeni Müsavat»: «Yeni Sovet ordusu» bizə təhlükədirmi?»

«Rusiya odu söndürüb əlində qalan kibrit qutusu ilə oynayır. İndi də özünün təsiri altında saxlaya bildiyi postsovet ölkələri ilə birlikdə hərbi qüvvə formalaşdırır. Yeni hərbi qüvvə formal olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlı quruma daxil olan ölkələrin birlikdə qurduğu ordu gücləri sayılacaq. Gerçəkdə isə bu, rus ordusunun hissələrini yeni statusda müxtəlif ölkələrdə yerləşdirmək, Rusiyanın maraqlarını nümayiş etdirmək, bu maraqlara tabe olmayanlara hədə gəlmək üçündür».

Şahvələd Çobanoğlu «Yeni Sovet ordusu» bizə təhlükədirmi?» sərlövhəlim köşə yazısında belə yazır.
«Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Tacikistan və Özbəkistanın daxil olduğu və Çevik Reaksiya Qüvvələri adlanan bu hərbi birləşməyə ilk gündən çox maraqlı rəmzi ad verilib. Təhlilçilər onu «yeni sovet ordusu» adlandırır. Azərbaycanda isə bu qüvvələrin yaranması istər-istəməz Ermənistanla bağlılığına görə suallar yaradıb. Axı onun ən fəal üzvü Ermənistandır. Düşünürük ki, Rusiya öz silahlı birləşmələrini Qarabağ münaqişəsi çərçivəsində kollektiv qüvvələr adı ilə Azərbaycana qarşı istifadə edə bilər».

«525-ci qəzet»: «Fazil Qəzənfəroğlu deyir ki, referendumda hüquqşünas kimi iştirak edəcək.

Martın 18-də keçiriləcək referendumla bağlı müxalifət partiyaları bir sıra təşəbbüs qrupları yaradıblar. Böyük Quruluş Partiyası (BQP) həmin qruplarda təmsil olunmur. Partiyanın sədri, millət vəkili Fazil Qəzənfəroğlu təbliğat-təşviqat prosesində partiya lideri kimi deyil, hüquqşünas kimi iştirak edəcəyini bildirib.
«Mən özüm sadə bir vətəndaş mövqeyi ifadə etmək üçün təbliğat-təşviqat prosesinə qatılacağam. Çünki mənim təşəbbüsümlə eks-prezidentlərin statusu və təminatı ilə bağlı məsələ də referenduma çıxarılıb. Ona görə də referendumla bağlı fəaliyyətimi daha peşəkar şəkildə qurmaq düşüncəsindəyəm. Azərbaycan Hüquqşünaslar Konfederasiyası tərəfindən yaradılan Hüquq və Demokratiya təşəbbüs qrupunda olmağı məqsədəuyğun hesab etdim. Yəni partiya lideri kimi yox, hüquqşünas kimi prosesdə iştirak etməyə qərar verdim».

«Yeni Azərbaycan»: «İnsanların sosial təminatı prioritet məsələdir».

«Şəhər» təşviqat qrupunun üzvləri Bakının Nərimanov rayon seçicilər ilə görüş keçiriblər. Təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, deputat Elmira Axundova Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti barədə seçicilərə ətraflı məlumat verib. O qeyd edib ki, Konstitusiya dəyişiklikləri xalqımızın maraqlarına xidmət edir. E. Axundova 29 maddəyə təklif edilən dəyişikliklərin hər birinin müsbət məna kəsb etdiyini bildirib».
XS
SM
MD
LG