Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:25

Lalə Şövkət televiziyada debata çıxmaqdan imtina edib


Lalə Şövkət Hacıyeva İctimai TV-də referendumla bağlı debatda çıxış etməkdən imtina edib
Lalə Şövkət Hacıyeva İctimai TV-də referendumla bağlı debatda çıxış etməkdən imtina edib
Liberal partiyasının lideri Lalə Şövkət Hacıyeva İctimai TV-də referendumla bağlı debatda çıxış etməkdən imtina edib. Məlumatı «Azadlıq» radiosuna partiyanın sədr əvəzi Əvəz Temirxan verib. O, bildirib ki, L.Ş.Hacıyeva «Respublikaçılar» təşviqat qrupunun ona təklif olunan efir vaxtını qəbul etməyib.

Əvəz Temirxanın sözlərinə görə, Lalə Şövkət Hacıyeva hesab edir ki, əsas kimin çıxış etməsi yox, fikirlərin çatdırılmasıdır: «Əsas odur ki, referendum keçirilməsiylə bağlı eyni düşərgənin mövqeyi ictimaiyyətə çatdırılsın. Bu imtinada başqa səbəb yoxdur».

18 mart referendumunun əleyhinə olan «Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı» təşviqat qrupunun püşkatması nəticəsində Liberal partiya pulsuz efirdə çıxış etmək imkanından məhrum olub. Refərendumla bağlı eyni mövqeyi paylaşan «Respublikaçılar» təşviqat qrupu isə öz efir vaxtını Liberal partiyasına təklif etmişdi.
XS
SM
MD
LG