Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:43

ARDNŞ ekologiya ilə bağlı layihələrini təxirə salıb


Son 12 ildə Azərbaycanda ilk dəfə olaraq neft və qaz istehsalı azalıb
Son 12 ildə Azərbaycanda ilk dəfə olaraq neft və qaz istehsalı azalıb
«Dövlət Neft Şirkəti (ARDNŞ) ekologiya ilə bağlı gələcəyə hesablanmış layihələrini təxirə salıb». Fevralın 23-də bu barədə jurnalistlərə məlumat verən ARDNŞ prezidenti Rövnəq Abdullayev bunu dünya iqtisadi böhranının Azərbaycana təsiri ilə əlaqələndirib.

O, buna baxmayaraq Türkiyə və Avropa istiqamətində tranzit sazişləri üzərində iş aparıldığını və bu sahədə problem olmadığını bildirib. R.Abdullayev yalnız başlanmamış layihələrin təxirə salındığını deyib.

Son 12 ildə Azərbaycanda ilk dəfə olaraq neft və qaz istehsalı azalıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvarda neft istehsalı ötən illə müqayisədə 8 faiz azalaraq 3.6 milyon ton olub.

Qaz hasilatı isə ötən ilin yanvarıyla müqayisədə 4.7 faiz azalaraq 1.9 milyard kubmetr olub.

Proqnozlara görə, bu il Azərbaycanda 61 milyon ton neft, 31 milyard kubmetr qaz çıxarılmalıdır.
XS
SM
MD
LG