Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:35

Əfqanıstan müharibəsində 200-dən çox azərbaycanlı həlak olub


Sovet ordusu Əfqanıstanda 15 min itki verib
Sovet ordusu Əfqanıstanda 15 min itki verib
Əfqanıstan bu gün sovet qoşunlarının ölkədən çıxarılmasının 20 illiyini qeyd edir.

Sonuncu sovet tankları Əfqanıstanı 1989-cu il fevralın 15-də tərk edib.

Rəsmi məlumata görə, sovet işğalına qarşı mübarizədə partizanlar və dinc sakinlər də daxil olmaqla milyon yarım əfqan həlak olub.

Sovet ordusu isə 15 min itki verib.

1979-cu ilin dekabrında başlamış və düz 10 il davam edən əməliyyatlardan sonra sovet ordusu 1989-cu il fevralın 15-də tam heyətdə Əfqanıstanı tərk edib.


Azərbaycan Respublikası Əfqanıstan Veteranları İttifaqının sədr müavini Nizami Məmmədovun verdiyi məlumata görə, Əfqanıstan müharibəsinin gedişində 10 mindən çox azərbaycanlı iştirak edib. Onların 208-i müharibədə həlak olub. 7 nəfər isə itkin düşüb.

Bu gün Azərbaycanda cəmi 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı sağ qalıb. Əfqanıstandan qayıdandan sonra onların bir çoxu Qarabağda gedən döyüşlərdə həlak olub və ya sonradan vəfat ediblər.

XS
SM
MD
LG