Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:49

Zöhrab İsmayıl: «Pessimizmi yaradan neftdir»


Zöhrab İsmayıl
Zöhrab İsmayıl
«İqtisadiyyatımızda ikili standartlar hökm sürür».

İqtisadçı Zöhrab İsmayıl «Azadlıq» radiosunun «İşdən sonra» proqramına belə deyir. Onun sözlərinə görə, bu gün kreditlə maşın satan bankların həyətləri pulu ödənilə bilməyən avtomobillərlə doludur:

«İlk baxışdan burda problem yoxdur. Lakin banklar verdikləri kreditlərdən məhrum olublar. Böhran dərinləşdikcə, problemlər də kəskinləşəcək. Pessimizmi yaradan neftdir. Yüngül, sözün əsl mənasında «yerdən çıxan» pullar gözləri bağlayıb».

İqtisadçı deyir ki, düzgün siyasət yürüdülsəydi, neftdən başqa sahələri də inkişaf etdirmək olardı:

«14 illik «iqtisadi inkişaf» 14 ilin itirilməsilə nəticələnir. Arxayınçılıq yaranıb. İstənilən hökumətdə, istənilən ölkədə yüngül pullar özünü belə aparır».

Z.İsmayıl bildirir ki, sahibkarlara ikili standartlarla yanaşılır:

«Doğma və ya yad sahibkar bölünməsi var. Belə münasibətlər ona gətirib çıxardı ki, inhisarlaşma dərinləşdi, iqtisadiyyat isə təbii axarı ilə inkişaf edə bilmədi».

Buna da bax:

XS
SM
MD
LG