Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:00

ATƏT müşahidəçiləri artıq Bakıdadır


Onlar mayın 19-dək Bakıda olacaqlar

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nəticəsi ləğv olunan dairələrə mayın 13-də keçiriləcək təkrar seçkiləri müşahidə missiyasının nümayəndələri artıq Bakıdadır. ATƏT-in Bakı ofisindən Ülvi Axundlu deyir ki, Gert Arensin rəhbərlik etdiyi missiya aprelin 24-dən fəaliyyətə başlayacaq. Müşahidəçilər mayın 19-dək Bakıda olacaqlar.

Seçkiqabağı vəziyyəti öyrənmək üçün Avropa Şurasından (AŞ) da Leo Platvoetin rəhbərlik etdiyi 5 nəfərlik nümayəndə heyəti mayın 26-da Bakıya gələcək. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, missiyanın səfəri iki gün davam edəcək.


Cənab Seyidovun sözlərinə görə bir müddət sonra Bakıya AŞ-dan indiki nümayəndələrin də daxil olduğu başqa bir qrup gələcək. Həmin qrup birbaşa mayın 13-də keçiriləcək seçkiləri müşahidə etmək üçün nəzərdə tutulub.


Ötən il noyabrın 6-da keçirilən seçkilərdən sonra qanun pozuntularına görə 10 dairədə nəticələr ləğv edilmişdi. Mayın 13-də həmin dairələrdə təkrar seçkilər keçiriləcək. Bu seçkidə 10 millət vəkili mandatı uğrunda 138 namizəd mübarizə aparır.


XS
SM
MD
LG