Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:27

Ziyan yenə vətəndaşa dəyəcək


«Əgər əvvəl vətəndaşa həyətində istehsalat sahəsi tikməyə icazə verilibsə, indi bunu ləğv etməklə ziyan yenə vətəndaşa dəyəcək»
«Əgər əvvəl vətəndaşa həyətində istehsalat sahəsi tikməyə icazə verilibsə, indi bunu ləğv etməklə ziyan yenə vətəndaşa dəyəcək»
Mənzil Məcəlləsi artıq parlamentin müzakirəsinə hazırdır. Parlamentin bir neçə komissiyasının birgə iclasında layihə ilə bağlı təkliflər irəli sürülüb. Millət vəkili Fazil Qəzənfəroğlu «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramına bu barədə danışıb.
-Mənzil Məcəlləsi layihəsində hansı yeni detallarla öz əksini tapıb?
Yenilik odur ki, Mənzil Məcəlləsində ortaya çıxan bir sıra ictimai münasibətlərin yenidən tənzimlənməsi nəzərdə tutulur. Bu xüsusilə dövlət, bələdiyyə mülkiyyətinin hüdudlarının daha dəqiq aydınlaşması və özəl mülkiyyətin hansı sahələrdə əks olunmasıyla bağlıdır. İpoteka ilə bağlı bir sıra yeniliklər var. Mənzil hüququnun toxunulmazlığı istiqamətində, Konstitusiyadakı mülkiyyətlə bağlı müddəaların mənzilə aid hissəsinin daha geniş açıqlaması nəzərdə tutulur. Bu sənəddə həm də yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə, qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə çevrilməsi haqqında qaydalarda da bir sıra ciddi dəqiqləşmələr var.
- Sonuncu müddəada dəyişikliklər nədən ibarətdir, bu dəyişikliklər vətəndaşların hüquqlarını necə təmin edəcək?
- İndiyə qədər çoxmənzilli yaşayış sahələrinin ilk mərtəbələrinin icarəyə verilməsi müvafiq orqanın göstərişi əsasında olurdu. İndi bununla yanaşı orada yaşayan əhalinin razılığı da olmalıdır. Kimlərsə səs-küylü fəaliyyətlə məşğuldursa, bunu ciddi qayda-qanun səviyyəsinə gətirmək lazımdır.

-İpotekayla bağlı dəyişiklik nədən ibarətdir?
-Burda gənclərə ipoteka ilə mənzil verilməsi nəzərdə tutulur. Ancaq bu təkcə gənclərə yox, hərbçilərə də şamil edilməlidir. Bu kateqoriyaya aid insanlar da yaşayış sahəsi ilə təmin olunmalıdırlar.

Ümumilikdə bu sənəd vətəndaşın marağı baxımından çox gecikmiş sənəddir. Əvvəllər də şəhər tikilib qurtarandan sonra Milli Məclisə şəhərsalma, tikinti üçün yer qalmayanda «Tikinti fəaliyyəti haqda» qanun layihəsi təqdim olunub. Bu da onun kimi. Əgər əvvəl vətəndaşa həyətində çörək sexi, hansısa istehsalat sahəsi tikməyə icazə verilibsə, indi bunu ləğv etməklə ziyan yenə vətəndaşa dəyəcək.
XS
SM
MD
LG