Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:40

Böhran Azərbaycana yeni imkanlar yarada bilər…


Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Şeqeo Katso
Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Şeqeo Katso
«Dünya iqtisadi böhranı Azərbaycana digər ölkələrdəki kimi təsir etməyib və Azərbaycan bu böhrandan daha az itki ilə ötüşür».

Bunu Azərbaycanda 3 günlük səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Şeqeo Katso deyir. Onun sözlərinə görə bu böhran hətta Azərbaycana yeni imkanlar da yarada bilər:
«Belə ki, qeyri-neft sektoru inkişaf etdirilə bilər, yeni iş yerləri yaradıla bilər, biznes mühiti, rəqabət qabiliyyəti və dövlətin maliyyə idarəetməsi yaxşılaşdırıla bilər».
Öz vəzifəsinin icrasını bu günlərdə başa çatdırmış Dünya Bankının Cənubi Qafqaz regionu üzrə keçmiş direktoru Donna Dousett-Koirolon da Azərbaycanda qeyri-neft sektorunun inkişafının vacibliyini vurğuladı.

Amma Azərbaycandakı iqtisadi ekspertlər qeyri-neft sektorunun inkişaf edəcəyi ilə bağlı elə də nikbin deyillər.

İqtisadçı Natiq Cəfərli deyir ki, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafının vacibliyi artıq neçə illərdir ki, dəfələrlə vurğulansa da, həm büdcə formalaşmasında, həm də ixracda neft sektorunun xüsusi çəkisi getdikcə artır. İqtisadçının sözlərinə görə bu da onun göstəricisidir ki, qeyr-neft sektorunun inkişafı üçün indiyə qədər nəzərə çarpacaq iş görülməyib. İndiyə qədər əsas gücü infrastruktur layihələrinə.

Digər iqtisadçı Rövşən Ağayev isə bildirir ki, əslində hökumətdə qeyri-neft sektorunun inkişafı üçün müəyyən səylər göstərilir. Amma təəssüf ki, bu səylər tikinti sektoru vasitəsilə müvəqqəti məşğulluğu təmin etmək, iqtisadiyyata məcburi tələbə təsir göstərmə vasitəsilə müvəqqəti effektə hesablanmış addımlar atmağa çalışır.

Bu arada, Avropa Yenidənqurma və İnkişaf Bankı bildirir ki, Azərbaycanda Ümum Daxili Məhsulun artımı 15 faizdən 8 faizə enib. Bununla da Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankının əməliyyat regionunda iqtisadi inkişaf sürətindəki liderliyini itirərək yerini Türkmənistana verib. Türkmənistanda Ümumi Daxil Məhsul faizi Azərbaycana nisbətən daha az enib. 12 faizdən 10 faizə.
XS
SM
MD
LG