Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:29

Ölkədə 1 milyon 266 min pensiyaçı var


Elşən Məmmədəliyev
Elşən Məmmədəliyev
«2009-cu il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən pensiya ödənişləri üçün 1 milyard 660 milyon manat vəsait ayrılıb». «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı - Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev belə deyir. Onun sözlərinə görə, 2006-cı il yanvarın 1-dən «Əmək pensiyaları haqqında qanun» qüvvəyə minəndən sonra əvvəlki qanunda olan müəyyən sosial ədalətsizlik aradan qaldırılıb:

«İndi işləyən pensiyaçılar pensiyalarını tam məbləğdə alırlar. Azərbaycanda elə insanlar var ki, 300, 500 manat pensiya alır. Söhbət dövlət qulluğunda, hərbi sahədə işləyənlərdən deyil, vaxtikən yüksək maaş alan adi vətəndaşlardan gedir».

E.Məmmədəliyev deyir ki, hazırda ölkədə 1 milyon 266 min pensiyaçı var:

«Orta pensiya məbləği 96 manatdır. 2009-cu ildə növbəti artımlar gözlənilir».

DSMF-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev isə yeni yaradılan qaynar xətt barədə məlumat verdi. Dedi ki, artıq bir aydır fəaliyyət göstərən qaynar xətt 190 nömrəli pulsuz telefon məlumat xidmətidir:

«Əsas məqsədimiz ictimaiyyətlə mövcud əlaqəni daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya sistemi ilə bağlı suallarını operativ şəkildə cavablandırmaqdır. Pensiyaçıları daha çox pensiyalarla bağlı suallar maraqlandırır».

Buna da bax:

XS
SM
MD
LG