Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:45

ÜST-ün rəsmisi: «Londona göndərilmiş analizlərin əksəriyyəti təsdiqlənə bilər»


Kristiana Salvi deyir ki, hələlik virusun insana ev və ya çöl quşlarından keçdiyini müəyyənləşdirə bilməyiblər

«Quş qripi»nə yoluxmaqda şübhəli bilinənlərin Londona müayinəyə göndərilmiş qan nümunələrinin əksəriyyəti təsdiqlənə bilər».

H5N1-ə yoluxmaqda şübhəli bilinən iki şəxsin dünyasını dəyişdiyi Salyanda olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndə heyətinin sözçüsü Kristiana Salvi «Azadlıq» radiosuna müsahibəsində belə deyir. O, bildirir ki, iki gündü xəstəliyin ocağı olan Dayıkənddədirlər. Amma hələlik virusun insana ev və ya çöl quşlarından keçdiyini müəyyənləşdirə bilməyiblər. Bununla bağlı sadəcə, bəzi ehtimallar var və onları araşdırmaqla məşğuldurlar: «Bu isə vaxt apara bilər».


Martın 13-də ÜST-ün Azərbaycanda quraşdırdığı laboratoriyada aparılmış müayinə zamanı üç nəfərin «quş qripi»nə yoluxduğu təsdiqləndi. Amma onların və sözügedən virusa yoluxmaqda şübhəli bilinən digər şəxslərin qan nümunələri təkrar müayinə üçün qurumun London laboratoriyasına göndərildi və bu həftənin əvvəllərində nəticələr haqda açıqlama verilməlidir.


XS
SM
MD
LG