Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:50

«Gələn ilin büdcə xərcləri azaldılıb»


Pənah Hüseyn deyir ki, dövlət büdcəsinin gəlir mənbələri neftin dünya bazar qiymətinin aşağı düşməsi ilə əlaqədar azalıb
Pənah Hüseyn deyir ki, dövlət büdcəsinin gəlir mənbələri neftin dünya bazar qiymətinin aşağı düşməsi ilə əlaqədar azalıb
«Yeni Müsavat»a müsahibəsində millət vəkili Pənah Hüseyn belə deyib. O, dövlət büdcəsinin gəlir mənbələrinin əsasən neftin dünya bazar qiymətinin aşağı düşməsi ilə əlaqədar azaldıldığını diqqətə çatdırıb: «Konkret olaraq hansı maddələr üzrə xərclərin azalmasına gəlincə, bu yöndə rəyimizi materialla tanış olduqdan sonra daha detallı şəkildə bildirəcəyik. Amma korrupsiya yönümlü adlandırılan, iri vəzifəli şəxslərin büdcədən mənimsənilməsinə imkan verən xərclər azalmayıb. Məsələn, əsas dövlət investisiya xərcləri adı altında gedən bənd üzrə azalma baş verməyib. Yeri gəlmişkən, bir məsələyə də diqqət cəlb edilməlidir ki, keçən ilki büdcə layihəsindən fərqli olaraq bu dəfə investisiya xərclərinin bir sıra mühüm obyektlər, layihələr üzrə xərcləri barədə hər hansı sənəd təqdim olunmayıb. Əsas etibari ilə sosial yönümlü xərclərin nisbi azalması müşahidə edilir».

«Ekspress»
yazır ki, Medvedev Əliyevlə Sərkisyanı Moskvada görüşdürmək istəyir». «Rusiyanın zədələnmiş imici» başlıqlı məqalədə prezident Dmitri Medvedevin Ermənistana səfəri şərh olunur.
Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə deyir ki, hazırda Qarabağ münaqişəsinin həlli üçün obyektiv zəmin yoxdur. «Münaqişənin dondurulmasında, indiki situasiyanın davam etməsində maraqlı olan qüvvələrin imkanları problemin həllini istəyənlərdən qat-qat çoxdur. İlk növbədə Rusiyanı nəzərdə tuturam. Rəsmi Moskva çalışacaq ki, Qarabağ münaqişəsini nəzarətində saxlayaraq Azərbaycan və Ermənistanı öz təsir dairəsində saxlasın».
Politoloq Moskvanın münaqişənin həll edilməsində maraqlı olmadığını deyir: «Azərbaycan və Ermənistan Qarabağa görə Rusiyadan asılı vəziyyətdədir. Bu situasiyada Rusiya münaqişənin həllini istəyərmi. Əlbəttə ki, xeyr».

«Yeni Azərbaycan»
yazır ki, «boykot» müxalifəti ölkənin siyasi səhnəsindən sildi. «Əslində, seçkilərdə iştirak hamıdan çox müxalifətin özünə gərək idi. Çünki istənilən halda seçkilər prosesi həm də ictimaiyyət qarşısında tribuna demək idi. Müxalifət «sandıqda qırış tutmuş» proqram və konsepsiyasını xalqa çatdıra bilərdi. O başqa müzakirə mövzusudur ki, ona dəstək ola biləcəklər, yoxsa yox».
Məqalə bu fikirlə yekunlaşır: «Bir sözlə, müxalifət qüvvələri «boykot» qərarı ilə özlərini Azərbaycanın siyasi arenasından sildilər. Bu qərar müxalifətdəki liderlərin siyasi karyerasına son qoydu».

«Üç nöqtə» Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü Bəxtiyar Əliyev hesab edir ki, əgər hər iki təhsil müəssisəsi eyni səviyyədə kadr hazırlayırsa, onda onlardan birinə ehtiyac yoxdur: «Əfsuslar olsun ki, ötən əsrin 80-ci illərinin sonlarında cəmiyyətdə müəllim peşəsi haqqında ürəkaçan olmayan fikrin formalaşması bütün ali məktəblərdə müəllim hazırlığına başlanması ilə nəticələnib. O zaman düşünərdilər ki, iş tapmayan şəxs ən pis halda gedib müəllim işləyə bilər. Ancaq aparılan təhsil islahatları çərçivəsində bu kimi məsələlərə yenidən baxılmalıdır. Müəllim hazırlığını yeni meyarlar əsasında yeni proqramla həyata keçirmək mümkündür».
XS
SM
MD
LG