Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:35
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

17:13 30.9.2020
Tərtər şəhəri atəşə tutulub, yaralılar var
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

17:14 30.9.2020

14 bölgədə 420 məktəb...

"Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumu nəticəsində respublikanın 14 regionunda 420 məktəbdə təhsil ya dayandırılıb, ya da məhdudlaşdırılıb".

Bunu təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı sentyabrın 30-da keçirilən brifinqdə deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumları ilə bağlı 9 məktəbə zərər dəyib. "Mülki əhaliyə açılan atəş nəticəsində bir müəllim yaralanıb", - o qeyd edib.

18:54 30.9.2020

Mülki əhalidən ölənlər 15-ə çatdı

Azərbaycan Baş Prokurorluğu sentyabrın 30-da cəbhədə mülki əhali arasında itkilər ilə bağlı növbəti açıqlama yayıb.

Qurumun mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 30-da saat 16 radələrində Füzuli rayonunun Horadiz şəhərində yerləşən yanacaqdoldurma məntəqələrinin birinin yaxınlığına düşmüş top mərmisinin qəlpələrindən 1990-cı il təvəllüdlü Murad Rüstəmov həlak olub: "Üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, məntəqəyə ciddi ziyan dəyib".

20:29 30.9.2020

Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıb

Rusiya xarici işlər naziri sentyabrın 30-da Azərbaycan və Ermənistan nazirləri ilə ayrıca olaraq telefon söhbətləri aparıb.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Rusiya tərəfindən davam edən genişmiqyaslı hərbi əməliyyatlardan ciddi narahatlıq ifadə olunub. Atəşin dərhal dayandırılmasına və gərginliyin deeskalasiyasına, habelə təxribatçı və davakar ritorikadan çəkinilməsinə çağırış səsləndirilib. Tərəflərin yubadılmadan danışıqlar masasına qayıtmasının zəruriliyi vurğulanıb".

Rusiya XİN habelə bildirir ki, Moskva müvafiq kontaktların yaradılması üçün meydança verməyə hazırdır...

Davamı

XS
SM
MD
LG